Gəncəli idmançı Avropada uğur qazanıb. Bu haqda 17 may tarixində Azərbaycan Avrasiya Aykido və Budo mərkəzinə istinadən məlumat veririk.
Slovakiyanın Mixalovtse şəhərində kombat ciu-citsu üzrə açıq Avropa çempionatı keçirilib. Burada ölkəmizi təmsil edən idmançılar arasında Nizami yurdunun yetirməsi Fidan Yusifova da mübarizə aparıb.
Azərbaycan Aykido və Budo Mərkəzinin Gəncə regional şöbəsinin təlimçisi, aykido üzrə 2-ci dan qara kəmər ustası olan Yusifova qadınlar arasında 62 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Təmsilçimiz bütün rəqiblərini məğlub edərək birinci yerə layiq görülüb.
O, qızıl medalla təltif edilib.