14.7 C
Gence
14.7 C
Gence

Qrant Müsabiqəsinin qalibləri ilə görüş keçirilib

“İdeyanı Reallaşdır 2022” Qrant Müsabiqəsinin qalibləri ilə görüş keçirilib. Bu haqda 25 oktyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

Görüşdə Gənclər Fondunun keçirdiyi müsabiqənin Fərdi Layihələri üzrə qaliblərindən olan ADAU-nun əməkdaşları: Fərrux Rəhimov, Ruslan Vəliyev, tələbələri: Elnarə Şahbazova, Pərviz Səmədov, Peykər İbrahimova, Nigar Bayramova iştirak ediblər. Universitetin rektor əvəzi Zəfər Qurbanov həyata keçiriləcək layihələrin hər birini dinləyərək məsləhət və tövsiyələrini verib.

Qrant Müsabiqəsi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə Gənclər Fondu tərəfindən həyata keçirilir.

Ən Çox Oxunan