25.4 C
Gence
18.5 C
Ganja

Qəbul imtahanında ən yüksək nəticə əldə edən məzunumuz bəlli olub

Gəncədə ən yüksək bal toplayan abituriyentin adı açıqlanıb. Bu haqda 6 sentyabr tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən, ən yüksək nəticəni Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fəridə Verdiyeva göstərib. Məzun IV ixtisas qrupu üzrə imtahan verib və 683 bal toplayıb.