10.3 C
Gence
10.3 C
Gence

Parataekvondoçumuz Ər-Riyaddan qələbə ilə qayıdıb

Gəncəli idmançı Səudiyyə Ərəbistanında qızıl medal qazanıb. Bu haqda 20 dekabr tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində parataekvondo idman növü üzrə Qran-Pri keçirilib. Burada Nizami yurdunun yetirməsi İmaməddin Xəlilov 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək birinci yerə layiq görülüb.

Vətənə dönən idmançı Gənclər və İdman Baş İdarəsini ziyarət edib. O, idarənin rəisi Həmid Nəsirovla görüşüb. Nəsirov Xəlilovu qazandığı qələbə münasibətilə təbrik edib və ona gələcək yarışlarda uğurlar arzulayıb.

Ən Çox Oxunan