Gəncəli idmançı Avropa çempionatında uğur qazanıb. Bu haqda 16 oktyabr tarixində Azərtac-a istinadən xəbər veririk.
İspaniyanın Madrid şəhərində pouerliftinq idman növü üzrə “WRPF Spain Arnold Klassik” Avropa Çempionatı keçirilib. Yarışda Nizami yurdunun yetirməsi Vüsal Zahid oğlu Ağalarov iştirak edib. O, 110 kiloqram çəkidə pauerliftinq idman növü üzrə birinci yerə layiq görülüb.
İdmançı “Squat” hərəkətində 335 kiloqram, “Benchpress”də 205 kiloqram, “Deadlift”də isə 310 kiloqram ağırlıq qaldırıb.
Vüsal Ağalarov, həmçinin “Powerlifting Knee Wraps” divizionunun mütləq qalibi olaraq, kubokla təltif olunub.
Qeyd edək ki, təmsilçimiz 3 qat Avropa, 1 qat Dünya, 14 qat Respublika Çempionudur.