Gəncədə ən yüksək bal toplayan şagirdin adı açıqlanıb. Bu haqda 27 aprel tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
2022-2023-cü tədris ilinin buraxılış imtahanlarının nəticələri açıqlanıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məlumatına əsasən, həm Gəncə, həm də region üzrə ən yüksək balı Səlminaz Orucova yığıb.
O, 293 bal toplayıb. Orucova 32 nömrəli tam orta məktəbin şagirdidir.