Gəncəli idmançılar Bakıda uğurlu çıxış ediblər. Bu haqda Gencexeber.az-a 10 oktyabr tarixində məlumat daxil olub.
Bakıda yerləşən Avropa Azərbaycan Məktəbində “Rhythmic Gymnastics International Online Open Championships” yarışı keçirilib. Burada Nizami yurdu 11 gimnastla təmsil olunub. Onlardan 7-si qızıl, 2-si gümüş və 2-si bürünc medal qazanıblar.
Qeyd edək ki, sözügedən turnirdə, əsasən, Bakı şəhərindən olan komandalar, az sayda xarici gimnastlar mübarizə aparıblar.