22.5 C
Gence
22.5 C
Gence

Ən yüksək bal toplayan abituriyentimizi tanıyaq

Gəncənin ən yüksək bal toplayan şagirdinin adı açıqlanıb. Bu haqda Gencexeber.az-a 21 aprel tarixində məlumat daxil olub.

Bir müddət öncə 5 və 12 mart tarixlərində buraxılış imtahanı vermiş şagirdlərin nəticələri elan olunub. Göstəricilərə əsasən, Zəhrabəyim İlham qızı Abdullayeva 290,8 balla ən yüksək nəticə göstərən abituriyent olub.

O, ingilis dili və riyaziyyatdan 100, ana dilindən isə 90,8 bal toplayıb. Bundan başqa, abituriyentimiz Türkiyənin Koç Universitetinə “Molecular Biology and Genetics” ixtisası üzrə 75 faiz təqaüdlə qəbul olub.

Ən Çox Oxunan