9.7 C
Gence
5.5 C
Ganja

Məzunumuza qızıl nişan təqdim edilib

Gəncədə məzun təltif olunub. Bu haqda 10 noyabr tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Söhbət 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin məzunu Zəkiyyə Hüseynovadan gedir. Ona ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl nişan təqdim olunub.

Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, məzunun valideynləri, məktəb direktoru və müəllimlər iştirak ediblər. Burada Zəkiyyənin atası Toğrul Hüseynov göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.

Daha sonra Anar Qədiməliyev tərəfindən Zəkiyyə Hüseynovaya layiq görüldüyü qızıl nişan təqdim edilib.

Qeyd edək ki, bundan başqa, o, Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə qızıl medala layiq görülüb. Zəkiyyə “Birincilərin birincisi” adını qazanan məzunlardandır. Hazırda 657 balla daxil olduğu Azərbaycan Diplomatik Akademiyasında təhsil alır.

Ən Çox Oxunan