Gəncəli məzunlar təqaüdə layiq görülüblər. Bu haqda 20 oktyabr tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
2022/2023-cü tədris ilində tam orta təhsili bitirmiş və Azərbaycan Respublikasının ali müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalanıb. Ümumtəhsil məktəblərindən daha 3 məzuna sözügedən təqaüd veriləcək.
Təqaüdə layiq görülən gənclər 39 nömrəli tam orta məktəbin məzunları Bənövşə Abbasova və Kamran Zeynalov, 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin məzunu Zəkiyyə Hüseynovadır.