Gəncəli şagird “TEKNOFEST Azərbaycan”-da təltif olunub. Bu haqda 28 may tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyə istinadən məlumat veririk.
Liseyin 10-cu sinif şagirdi Nuray Alıyeva festivalda keçirilən müsabiqədə DN4 komandasının tərkibində iştirak edib. Məktəblilər Baku Skills nominasiyasının A kateqoriyası üzrə qızıl medalla təltif olunublar.
