Gəncədə məktəbli respublika olimpiadasında birincilik əldə edib. Bu haqda 12 may tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadasının tarix fənni üzrə final turunun nəticələri açıqlanıb. Burada 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin 11-ci sinif şagirdi Zəkiyyə Hüseynova da iştirak edib.
Nəticələrə əsasən, məktəblimiz olimpiadanı uğurla başa vuraraq, qızıl medala layiq görülüb.