10.3 C
Gence
10.3 C
Gence

Məktəblimiz ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək

Gəncədə məktəbli taekvondo üzrə millinin heyətinə cəlb olunub. Bu haqda 6 yanvar tarixində 39 nömrəli tam orta məktəbə istinadən məlumat veririk.

39 nömrəli tam orta məktəbin XI sinif şagirdi Yasin Qurbanov taekvondo üzrə ölkə birinciliyi və çempionatında iştirak edib. Məktəblimiz -68 kiloqram çəki dərəcəsində üçüncü yerə layiq görülüb. O, diplom və medalla təltif edilib.

Bundan başqa, Yasin yaxşı nəticə göstərdiyinə görə taekvondo üzrə milli komandanın heyətinə cəlb olunub. O, ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək.

Ən Çox Oxunan