Gəncəli şagird beynəlxalq olimpiadada uğur qazanıb. Bu haqda Gencexeber.az-a 18 iyul tarixində məlumat daxil olub.
ABŞ-nin Nyu York ştatında Beynəlxalq Kopernik Olimpiadası (Copernicus Olympiad) keçirilib. Burada ölkəmizi riyaziyyat üzrə müxtəlif məktəblərdən şagirdlər təmsil ediblər. Onların arasında Nizami yurdunun yetirməsi olan Arif Seymur oğlu Meşaik də yer alıb. Məktəblimiz qlobal mərhələdə ikinci yerə çıxaraq gümüş medala layiq görülüb.
Mükafatlandırma mərasimində Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim ölkəmizi təmsil edən komandanı təbrik edib və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, Kopernik Olimpiadası ABŞ-də keçirilir. Təşkilatın missiyası iştirakçıların elmi işlərə marağını artırmaqdır. Burada 3-11-ci sinif şagirdləri biliklərini sınayırlar. Azərbaycanda keçirilən seçim turunda qalib olan iştirakçılar Amerikada final mərhələsində iştirak hüququ qazanırlar.