10.3 C
Gence
10.3 C
Gence

Məktəblilərimizin STEAM Azərbaycan Festivalındakı uğurları

Gəncə məktəbliləri STEAM (science, technology, engineering, arts and mathematics) Azərbaycan Festivalında uğur əldə ediblər. Bu haqda 10 dekabr tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Məktəblilərimiz festivalda bir neçə komandanın tərkibində mübarizə aparıblar. Onlar aşağıdakı uğurları əldə ediblər:

  • 1 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Səma Quliyeva “Smoothy life” komandasının tərkibində “Dream world” kateqoriyası üzrə I yerə layiq görülüb.
  • Fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyin şagirdləri Nəzrin Budaqova və Nuray Əliyeva “DN4” komandasının tərkibində II yerə layiq görülüblər. Komanda rəhbəri FRİTL müəllimi Ramilə Hüseynova olub.
  • 17 nömrəli tam orta məktəbin iki şagirddən ibarət “Zəfər” komandası III yerə layiq görülüb.
  • 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin üç şagirddən ibarət “Yenilməz” komandası III yerə layiq görülüb.
  • 39 nömrəli tam orta məktəbin iki şagirddən ibarət “Zərbə” komandası III yerə layiq görülüb.

Ən Çox Oxunan