24.7 C
Gence
24.7 C
Gence

Ülviyyə Fətəliyeva Avropa çempionatından medalla qayıdıb

Gəncəli şahmatçı Avropa çempionatından medalla ayrılıb. Bu haqda 1 sentyabr tarixində Report-a istinadən məlumat veririk.

Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında Avropa çempionatı keçirilib. Burada millimizin tərkibində Nizami yurdunun yetirməsi Ülviyyə Fətəliyeva da mübarizə aparıb. O, çempionatın sonuncu turunda komanda yoldaşı olan Gülnar Məmmədovaya qarşı oynayıb. Təmsilçimiz rəqibini məğlub edərək bürünc medala layiq görülüb.

Qeyd edək ki, indiyə qədər Azərbaycan millisinin qadın şahmatçıları Avropa çempionatında heç vaxt mükafatçılar sırasında olmayıb.

 

Ən Çox Oxunan