Gəncəli şahmatçı beynəlxalq turnirdə medal qazanıb. Bu haqda 21 noyabr tarixində Şahmat Federasiyasına istinadən məlumat veririk.
Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında sonuncu – IX turun oyunları keçirilib. Qadın şahmatçılardan ibarət ölkəmizi təmsil edən komandamız son mərhələdə Serbiyanı məğlub edib.
Yarışmada Nizami yurdunun yetirməsi Ülviyyə Fətəliyeva və digər iki şahmatçı – Gövhər Beydullayeva və Xanım Balacayeva qələbə qazanıblar.
Sonda 3-1 hesabı ilə qalib olan komandamız tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb.