16.4 C
Gence
16.4 C
Gence

Kikboksçumuz Dünya Kubokunda üçüncü yerə çıxıb

Gəncəli idmançı Türkiyədə medal qazanıb. Bu haqda 25 may tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

Türkiyənin İstanbul şəhərində Wako qaydaları ilə Kikboksinq idman növü üzrə Dünya kuboku keçirilib. Burada millimizin tərkibində Nizami yurdunun yetirməsi Fuad Zeynalov da mübarizə aparıb.

O, 2007-2008-ci il təvəllüdlü idmançılar arasında 57 kiloqram çəki dərəcəsində Low-kick növü üzrə 3-cü yerə layiq görülüb. Təmsilçimiz bürünc medal və diplomla təltif olunub.

Ən Çox Oxunan