Gəncə güləşçisi Avropa çempionatında uğurlu nəticə əldə edib. Bu haqda 22 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində güləş üzrə Avropa çempionatı keçirilib. Burada millimizin tərkibində Nizami yurdunun yetirməsi Jalə Əliyeva da mübarizə aparıb. O, 57 kiloqram çəki dərəcəsində tatamiyə çıxıb.
Təmsilçimiz finaladək bütün rəqiblərini məğlub edərək ikinci yerə layiq görülüb.