9.7 C
Gence
5.5 C
Ganja

Üç idmançımız Qazaxıstandan medallarla qayıdıb

Gəncəli idmançılar beynəlxalq yarışda qələbə qazanıblar. Bu haqda 8 noyabr tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.

Qazaxıstanın Türküstan vilayətində türkdilli dövlətlərin Universiadasına start verilib. Burada sərbəst güləş üzrə gənclərdən ibarət millinin tərkibində Nizami yurdunun yetirmələri Camal Abbasov, İbrahim Abdülrəhmanov və Vasif Bağırov da mübarizə aparıblar. Onların nailiyyətləri aşağıdakı kimidir:

  • Camal Abbasov 61 kiloqram çəki dərəcəsində I yer;
  • İbrahim Abdülrəhmanov 65 kiloqram çəki dərəcəsində II yer;
  • Vasif Bağırov 57 kiloqram çəki dərəcəsində III yer.

Qeyd edək ki, idmançılarımızın məşqçiləri Vüsal Qarayev, Rauf Xəlilov və Abil İbrahimovdur.

Ən Çox Oxunan