Gəncəli məzun Beynəlxalq Olimpiadada qalib gəlib. Bu haqda 21 iyul tarixində Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyə istinadən məlumat veririk.
İsveçin Lund şəhərində 15-21 iyul tarixlərində Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2023) keçirilib. Burada ölkəmizi təmsil edənlər arasında Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin məzunu Fidan Hüseynova da yer alıb. O, birinci yer tutaraq, qızıl medala layıq görülüb.