25.4 C
Gence
18.5 C
Ganja

Həmyerlimiz 35-ci Beynəlxalq İnformatika Olimpiadasında təltif olunub

Gəncədən olan məktəbli Beynəlxalq Olimpiadada iştirak edib. Bu haqda sentyabrın 4-də Elm və Təhsil Nazirliyinə istinadən xəbər veririk.

Macarıstanın Seged şəhərində 35-ci Beynəlxalq İnformatika Olimpiadası keçirilib. Burada həmyerlimiz uğurla çıxış edib. Yarışda Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Hüseynova həvəsləndirici mükafat qazanıb.