16.4 C
Gence
16.4 C
Gence

Gimnastlarımız Gürcüstandan Vətənə qızıl medalla dönüblər

Gəncəli gimnastlar beynəlxalq yarışda qalib olublar. Bu haqda Gencexeber.az-a 30 mart tarixində məlumat daxil olub.

Gürcüstanın paytaxtında “Gimnastika hamı üçün” idman növü üzrə Tbilisi Gimnastradası keçirilib. Burada ölkəmizi təmsil edənlər arasında Nizami yurdunun yetirmələri də olublar. Gəncə komandası beş gimnastdan (Əfruz İbrahimova, Gülcan Babayeva, İlknur Məmmədli, Nazlı Məmmədzadə, Aylin Novruzova) ibarət olub.

Ümumilikdə 33 komandanın mübarizə apardığı Gimnastradada təmsilçilərimiz birinci yerə layiq görülüblər. Onlar Vətənə qızıl medalla qayıdıblar.

Ən Çox Oxunan