9.7 C
Gence
5.5 C
Ganja

Gəncimiz startap şəhadətnaməsini alıb

Gəncəli gənc startap şəhadətnaməsini alıb. Bu haqda Gencexeber.az 18 oktyabr tarixində məlumat verir.

Kamran Qasımov və Rahid Ağayev restoran və QR-kod sisteminin qurucusudurlar. Azərbaycanda müasir texnologiyalar sahəsində böyük addımlar atan bu iki gənc ölkənin ilk və böyük platformasını yaradıblar.

Onların tərtib etdikləri “Monyo” mobil tətbiqi “App-store”un “yemək və içmək” kateqoriyasının ilk üçlüyündədir.

Kamran Qasımov 6 iyul 2000-ci il tarixində Gəncə şəhərində anadan olub. 2006-2012-ci illərdə Mir Cəlal Paşayev adına 39 nömrəli məktəbdə, 2012-2014-cü illərdə Gəncə özəl Türk liseyində, 2014-2017-ci illərdə isə Gəncə İstək liseyində orta təhsilini alıb.

Kamran Qasımov “Deirvlon Technologies” şirkətinin qurucusu və icraçı direktoru, Rahid Ağayev isə təsisçisidir.

Gəncimizlərimiz startap şəhadətnaməsini alıblar
Foto Gencexeber.az

Ən Çox Oxunan