Məktəblilər cüdo birinciliyində fəxri kürsünün ilk yerlərini qazanıblar. Bu haqda 14 oktyabr tarixində Gencexeber.az sosial şəbəkələrə istinadən məlumat verir.
Fəqan Cəfərov və Məhəmməd Xəlilov “27 Sentyabr – Anım gününə” həsr olunmuş Təhsil RİM Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi Publik Hüquqi şəxsin daxili birinciliyində uğurla çıxış ediblər. Cəfərov qızıl, Xəlilov isə gümüş medala sahib olublar.
Yeniyetmələr 30 nömrəli tam orta məktəbin 6-cı sinfində təhsil alırlar.