19.1 C
Gence
19.1 C
Gence

Gəncəli məktəblilər valideyn və müəllimlərini sevindiriblər

Gəncədən olan şagirdlər Respublika fənn olimpiadasının bürünc medallarını qazanıblar. Bu haqda 22 may tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.

Respublika Fənn Olimpiadasının Azərbaycan dili və ədəbiyyat, biologiya və tarix fənləri üzrə final turunun nəticələri açıqlanıb. Şagirdlərimizdən 4-ü bürünc medalın sahibi olub:

  • Fidan Məmmədova – M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəb, XI sinif, Azərbaycan dili və ədəbiyyat fənni;
  • Nuray Hüseynova – M.C.Paşayev adına  39 nömrəli tam orta məktəb, X sinif, biologiya fənni;
  • Ali Arif – Fizika, riyaziyyat və informatika təmayüllü lisey, lX sinif, biologiya fənni;
  • Şərgiyyə Əliyeva – C.Cabbarlı adına 6 nömrəli tam orta məktəb, Xl sinif, tarix fənni.

Ən Çox Oxunan