14.7 C
Gence
14.7 C
Gence

Gəncəli idmançılar ölkə kubokundan 3 qızıl, 1 bürünc medalla qayıdıblar

Gəncəli idmançılar “Strict Curl ve Streetlifting” idman növləri üzrə ölkə kubokunda uğurla iştirak ediblər. Bu haqda Gencexeber.az 22 oktyabr tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat verir.

Ölkə kuboku Bakı şəhəri Su İdmanı Sarayının ərazisində, açıq havada təşkil edilib. Gəncənin yığma komandasından medal qazanan idmançıları təqdim edirik:

1-ci yer – Maşallah Məmmədov 75 kq (mütləq qalib);

1-ci yer – Bəhruz Ələkbərov 100 kq+;

1-ci yer – İbrahim Atakişiyev 75 kq;

3-cü yer – Nəsirov Nicat 82,5 kq.

 

Ən Çox Oxunan