Gəncəli cüdoçu Xorvatiyada keçirilən turnirdə bürünc medal qazanıb. Bu haqda 16 mart tarixində “Təhsil” Respublika İdman Mərkəzinə istinadən xəbər veririk.
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçirilib. Yığma komandanın tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 №-li UGİŞM-in idmançsı Fərid Qarayev (55 kq) III yeri tutub.
Qeyd edək ki, yeniyetmələrdən ibarət Azərbaycan yığma komandası Avropa kubokunda oğlanların mübarizəsində medal əyarına görə birinci yerə çıxıb.