Gəncəli şagird Fidan Hüseynova növbəti uğura imza atıb. Bu haqda 13 may tarixində Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
Respublika fənn olimpiadasının final mərhələsinin nəticəsinə əsasən, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fidan Hüseynova informatika fənnindən qızıl medala və “Birincilərin birincisi” adına layiq görülüb.