Gəncəli məzunlar Prezident təqaüdü alacaqlar. Bu haqda 19 oktyabr tarixində FRİTL-ə istinadən xəbər veririk.
2022/2023-cü tədris ilində liseyi bitirmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalanıb. Sənədə əsasən, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları da həmin təqaüdə layiq görülüblər. Söhbət Fəridə Verdiyeva və Nurlan Məmmədovdan gedir.