Gəncəli məktəblilər valideyn və müəllimlərini sevindiriblər. Bu haqda 15 may tarixində FRİTL-ə istinadən məlumat veririk.
Respublika Fənn Olimpiadasının fizika və riyaziyyat fənləri üzrə final turunun nəticələri açıqlanıb. Burada Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri də iştirak ediblər. Onların nəticələri aşağıdakı kimidir:
- İsmayıl İsmayılov – VIII sinif, fizika fənni üzrə gümüş medal;
- İlham Abbasov – VIII sinif, fizika fənni üzrə bürünc medal;
- Nəsrəddin Rüstəmov – IX sinif, riyaziyyat fənni üzrə gümüş medal.