19.7 C
Gence
18.5 C
Ganja

FRİTL şagirdləri daha bir olimpiadanı fəth ediblər

Gəncə məktəbliləri beynəlxalq müsabiqədə medallar qazanıblar. Bu haqda 2 iyun tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyə istinadən məlumat veririk.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Sinqapur və Asiya Məktəbləri Riyaziyyat Olimpiadasına (SASMO) qatılıblar. Onlar burada 3 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər. Həmin məktəblilərimizin siyahısını aşağıda təqdim edirik:

  • Ülvi Abdullayev, X sinif – qızıl medal;
  • Məhəmməd Qurbanov, X sinif – qızıl medal;
  • Safiyyə Əliyeva, VII sinif – qızıl medal;
  • Fərman Əlizadə, IX sinif – gümüş medal;
  • Ramiz İsmayılov, VII sinif – gümüş medal;
  • Toğrul Xəlilli, VI sinif – gümüş medal;
  • İsmayıl Səfərov, VII sinif – bürünc medal.