26.9 C
Gence
23.5 C
Ganja

FRİTL şagirdləri beynəlxalq müsabiqədə 5 medal əldə ediblər

Gəncədə məktəblilər beynəlxalq müsabiqədə medallar qazanıblar. Bu haqda 31 may tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyə istinadən məlumat veririk.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qatılıblar. Məktəblilərimiz burada 2 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər. Onların siyahısını aşağıda təqdim edirik:

  • Pünhan Pürhani, VII sinif – qızıl medal;
  • Elvira Quliyeva VII sinif – qızıl medal;
  • Gülər Babayeva, VII sinif – gümüş medal;
  • Ülvi Abdullayev, X sinif – gümüş medal;
  • Sübhan Muxtarlı, VI sinif – bürünc medal.