Gəncədə şagird beynəlxalq olimpiadada təltif olunub. Bu haqda 6 may tarixində FRİTL-ə istinadən məlumat veririk.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi gözlənilməz olaraq Qazaxıstanda keçirilən 57-ci Beynəlxalq Mendeleyev Olimpiadasında mükafat alıb. 11-ci sinif şagirdi Həmid Xəlilov olimpiadanın simvolunda gizlədilmiş kimyəvi səhvi taparaq təşkilat komitəsinə bildirib.
Bu cəsarətinə görə o, qeyri-rəsmi yarışın qalibi elan edilib və Moskva Dövlət Universitetinin Kimya fakültəsinin xüsusi mükafatı olan qalstuk ona təqdim olunub.