24.7 C
Gence
24.7 C
Gence

İdmançımız Serbiyadan medalla qayıdıb

Nizami yurdunun idmançısı beynəlxalq turnirdə medal qazanıb. Bu haqda 19 avqust tarixində 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinə istinadən məlumat veririk.

Serbiyanın Vrbas şəhərində boks idman növü üzrə beynəlxalq turnir təşkil olunub. Burada məktəbin yetirməsi Faiq Mollayev 46 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O, yalnız son rəqibinə məğlub olaraq ikinci yerə layiq görülüb. İdmançımız gümüş medal və diplomla təltif olunub.

Ən Çox Oxunan