Gəncənin yetirməsi beynəlxalq yarışda uğur qazanıb. Bu haqda 2 fevral tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
Misirin paytaxtı Qahirə şəhərində Karate I Premyer Liqa turniri keçirilib. Burada 58 ölkədən 384 idmançı iştirak edib. Onların arasında Nizami yurdunun yetirməsi Turqut Həsənov da mübarizə aparıb.
Təmsilçimiz 84 kiloqram çəki dərəcəsində III yerə layiq görülüb. O, medalla təltif olunub.