Gəncəli idmançı beynəlxalq çempionatda uğur qazanıb. Bu haqda 7 sentyabr tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Gürcüstanın Tbilisi şəhərində sambo idman növü üzrə beynəlxalq turnir keçirilib. Burada idmançımız Elcan Abbasov da mübarizə aparıb. O, III yerə layiq görülüb.
Qeyd edək ki, turnirdə 18 ölkənin idmançıları iştirak ediblər. Ölkəmiz 7 samboçu ilə təmsil olunub.