25.4 C
Gence
18.5 C
Ganja

Camal Abbasov nazir Fərid Qayıbov tərəfindən təltif edilib

Gəncəli idmançı nazir tərəfindən təltif olunub. Bu haqda 4 sentyabr tarixində Regional Gənclər və İdman idarəsinə istinadən məlumat veririk.

Gənclər və İdman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb. Burada “Azərbaycan Respublikasının İdman Ustası” adına layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Nizami yurdunun yetirməsi, sərbəst güləş idman növü üzrə 2 qat Avropa çempionu və Dünya birinciliyi mükafatçısı Camal Abbasov da təltif olunanların siyahısında yer alıb.