16.9 C
Gence
16.9 C
Gence

Cüdoçumuz Avropa birincisi olub

Gəncəli idmançı Avropa çempionatında qalib olub. Bu haqda 10 aprel tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turniri keçirilib. Burada ölkəmizi təmsil edən cüdoçular 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.

Nizami yurdunun yetirməsi olan Fərid Qarayev də turnirdə mübarizə aparıb. O, 55 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək Avropa birincisi olub.

Ən Çox Oxunan