Gəncədə imtahanlarda yüksək bal toplayan bir neçə şagirdin adı açıqlanıb. Bu haqda 8 aprel tarixində 14 nömrəli tam orta məktəbə istinadən məlumat veririk.
6 mart tarixində keçirilən 11-ci siniflərin buraxılış imtahanlarında təhsil müəssisəsinin 3 şagirdi 250-dən çox bal toplayıb. Məktəblilərin nəticələri aşağıdakı kimidir:
- Cavid Hüseynov – 272 bal;
- Aysel Şirinova – 266 bal;
- Alina Məmmədova – 251 bal.
Qeyd edək ki, şagirdlərdən Cavid Hüseynov riyaziyyat fənnindən maksimal nəticə göstərərək 100 bal toplayıb.