Gəncədə buraxılış imtahanında ən yüksək bal toplayan şagirdin adı açıqlanıb. Bu haqda 4 aprel tarixində şəhər Təhsil İdarəsinə istinadən məlumat veririk.
5 və 6 mart tarixlərində baş tutan imtahanların nəticəsinə əsasən, 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin şagirdi Ömər Nuriyev Gəncə şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında ən yüksək nəticəni göstərib. 11-ci sinif şagirdi 293 bal toplayıb.