13 C
Gence
13 C
Gence

Boksçumuz Mərakeşdən qızıl medalla dönüb

Gəncəli idmançı yurda qələbə ilə qayıdıb. Bu haqda 11 fevral tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

Mərakeşdə boks üzrə “Qızıl kəmər” beynəlxalq turniri keçirilib. Burada Nizami yurdunun yetirməsi olan Nəbi İsgəndərov da iştirak edib. O, 67 kiloqram çəki dərəcəsində mübarizə aparıb.

İdmançımız bütün rəqiblərini məğlub edərək qalib olub. O, qızıl medalla təltif edilib.

Ən Çox Oxunan