24.7 C
Gence
24.7 C
Gence

Boksçumuz beynəlxalq yarışda ikinci yerə çıxıb

Gəncəli idmançı beynəlxalq turnirdə uğur əldə edib. Bu haqda 20 sentyabr tarixində Azərbaycan Boks Federasiyasına istinadən məlumat veririk.

Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub. Burada millimizin tərkibində Nizami yurdunun yetirməsi Səbuhi Əlizadə də mübarizə aparıb.

O, +92 kiloqram çəki dərəcəsində rinqə çıxıb. Təmsilçimiz çempionatı gümüş medalla başa vurub.

Qeyd edək ki, yığmamız turnirdə 2 gümüş və 2 qızıl medal qazanıb.

 

Ən Çox Oxunan