24.7 C
Gence
24.7 C
Gence

Boksçularımız Nizami yurduna 7 medalla qayıdıb

Yeniyetmə və uşaqlardan ibarət yığmamız boks yarışında iştirak edib. Bu haqda sentyabrın 12-si Ağdaş Olimpiya İdman Kompleksinə istinadən xəbər veririk.

Şəhid Anar İsrafilovun və Vüqar Çələbilinin xatirəsinə həsr olunmuş boks üzrə turnir keçirilib. Çempionata 10 komandanın 170 boksçusu qatılıb. Gəncə idmançıları ilə yanaşı, Ağdaş, Ağcabədi, Göyçay, Qəbələ, Mingəçevir, Tərtər və İmişlidən olan boksçular da öz güclərini sınayıblar.

Qalib və mükafatçılar diplom və medallarla təltif ediliblər. Aşağıda Gəncə komandasının üzvlərinin çıxış etdikləri çəki dərəcələri, kimliyi və nailiyyətləri qeyd olunub:

  • 27 kiloqram – bürünc medal, Qəşəm Əsgərov;
  • 40 kiloqram – bürünc medal, İmam Tağıyev;
  • 44 kiloqram – qızıl medal, Hüseyin Atakişiyev;
  • 50 kiloqram – gümüş medal, Namiq Rəhimov;
  • 54 kiloqram – gümüş medal, Əbülfəz Qəhrəmanov;
  • 60 kiloqram – gümüş medal, Rza Rzayev;
  • 63 kiloqram – bürünc medal, Rəsul Əliyev.

Ən Çox Oxunan