25.8 C
Gence
25.8 C
Gence

Badmintonçumuz 3 qızıl medal qazanıb

Gəncəli idmançı Respublika birinciliyində qalib olub. Bu haqda 6 may tarixində şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinə istinadən məlumat veririk.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda 1 nömrəli idman liseyində 2008-2009 təvəllüdlü badmintonçular arasında Respublika birinciliyi keçirilib. 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsi Ülvü Hüseynov “Təhsil” RİM yığma komandasının tərkibində iştirak edib. O, şəxsi, qoşa, qarışıq qoşa növlər üzrə qızıl medala layiq görülüb.

Ən Çox Oxunan