Gəncəli bacılar imtahanda yüksək nəticə göstəriblər. Bu haqda 6 sentyabr tarixində Regional Təhsil idarəsinə istinadən xəbər veririk.
Söhbət M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin məzunları olan Ayan və Fidan Məmmədovalardan gedir. Bacılar qəbul imtahanlarında 600-dən çox bal toplayıblar.
Ayan Məmmədova 624 bal yığaraq ADA-nın Riyaziyyat, Fidan Məmmədova isə 603 bal ilə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına daxil olublar.