25.4 C
Gence
18.5 C
Ganja

ATU-nun əməkdaşı “Kürü keçək” adlı müsabiqədə qələbə qazanıb

Gəncədə universitet əməkdaşı uğur əldə edib. Bu haqda 4 sentyabr tarixində ATU-ya istinadən məlumat veririk.

Mingəçevirdə Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Kürü keçək” adlı açıq suda kütləvi üzmə yarışı keçirilib. Burada Azərbaycan Texnologiya Universitetinin İdman klubunun mütəxəssisi İradə Kərimova da mübarizə aparıb.

Təmsilçimiz 300 metr məsafəni qət edərək yuxarı yaş kateqoriyasında birinci yeri tutub. O, qızıl medalla təltif olunub.