Nizami yurdunun şagirdləri Olimpiadada iştirak ediblər. Bu haqda 6 sentyabr tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
Milli Gimnastika Arenasında VI Robot Olimpiadası baş tutub. Yarışda Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Əli Hüseynov və Musa Süleymanov iştirak ediblər. Burada şagirdlərimizin “RoboRevolation” komandası 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, yarışda qalib olmuş komandalar 7 və 9 noyabr tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.