10.3 C
Gence
10.3 C
Gence

Şagirdlərimiz Amerika Riyaziyyat Olimpiadasında təltif olunublar

Gəncədə təhsil alan şagirdlər beynəlxalq olimpiadada medal qazanıblar. Bu haqda 23 dekabr tarixində 39 nömrəli tam orta məktəbə istinadən məlumat veririk.

39 nömrəli tam orta məktəbin 9C sinif şagirdləri Səbuhi Qurbanov və İlkinur Cəfərova beynəlxalq riyaziyyat olimpiadası olan Amerika Riyaziyyat Olimpiadasında (AMO) iştirak ediblər. Məktəblilərimiz burada müvafiq olaraq gümüş və bürünc medallarla təltif olunublar.

Bundan başqa, qalib olan şagirdlər Sinqapurda keçiriləcək SIMOC 2023-də yarışmağa dəvət ediliblər.

Qeyd edək ki, Amerika Riyaziyyat Olimpiadası bütün dünya üzrə ibtidai, orta və lisey şagirdləri üçün təşkil olunur.

Ən Çox Oxunan