13 C
Gence
8.5 C
Ganja

7-ci sinif şagirdi beynəlxalq olimpiadada bürünc medal qazanıb

Gəncəli şagirdə olimpiadada medal təqdim edilib. Bu haqda 26 oktyabr tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.

Söhbət Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin şagirdindən gedir. 7-ci sinifdə təhsil alan Onur Əliyev Beynəlxalq Fermat Riyaziyyat Olimpiadasında üçüncü yerə layiq görülüb. Məktəblimiz bürünc medal və sertifikatla təltif olunub.

Onur, həmçinin 20-22 yanvar 2024-cü ildə Vyetnamda keçiriləcək final turunda iştirak etmək hüququ qazanıb.

Ən Çox Oxunan